​Azərbaycanda qəsəbə və kəndlərin genişzolaqlı internetə qoşulması üçün əlavə vəsait ayrılacaq

​Azərbaycanda qəsəbə və kəndlərin genişzolaqlı internetə qoşulması üçün əlavə vəsait ayrılacaq Beynəlxalq şirkət "Hər evə optika" layihəsini reallaşdıracaq
İnfrastruktur
5 Mart , 2015 14:57
​Azərbaycanda qəsəbə və kəndlərin genişzolaqlı internetə qoşulması üçün əlavə vəsait ayrılacaq

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın xüsusilə ucqar yaşayış məntəqələrinə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkilini nəzərdə tutan "Hər evə optika" layihəsinin reallaşdırılmasına vəsait ayrılıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

E.Vəlizadə deyib ki, bu layihənin ilkin olaraq maliyyələşməsi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən həyata keçirilməsi nəzərdə tutulsa da, bu ildən layihənin icrası üçün digər maliyyə mənbələrindən istifadə olunmasına qərar verilib.

"Artıq ilkin maliyyə cəlb olunub və bu istiqamətdə iş gedir. Hazırda vendor şirkət tərəfindən layihə üçün təqribən 15 mln. dollar həcmində kredit götürülüb. Həm beynəlxalq qurumlar, həm də iri şirkətlər tərəfindən bu istiqamətdə əlavə maliyyənin cəlb olunması işləri, danışıqlar gedir. Güman edirik ki, bu danışıqlar uğurlu keçəcək, çünki bu, iqtisadi cəhətdən səmərli layihə olduğu üçün digər şirkətlər də buna maraq göstərir, kredit verilməsi barədə düşünürlər", - E.Vəlizadə əlavə edib.

Nazir müavini qeyd edib ki, genişzolaqlı internet xidmətlərinin təşkili layihəsinin əsas məqsədi bu il üçün kəndləri, xüsusən fiberoptik şəbəkə ilə əhatə olunmamış kəndləri ümumi şəbəkəyə qoşmaqdan ibarətdir: "Artıq Bakı şəhəri, bütün rayon mərkəzləri, kəndlərin təxminən 50%-i bu fiberoptik şəbəkə ilə əhatə ilə olunub".

"Hər evə optika" layihəsi çərçivəsində Bakı şəhərində 100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində 30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində 10 Mbit/saniyə və daha çox sürətli genişzolaqlı internetlə əhalinin təmin edilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi