Azərbaycanda paytaxtla rəqabət apara biləcək şəhərlərin inkişaf etdirilməsi təklif olunur

Azərbaycanda paytaxtla rəqabət apara biləcək şəhərlərin inkişaf etdirilməsi təklif olunur Abşeronda əhalinin kütləvi cəmlənməsi nəticəsində yaranan çətinliklərin aradan qaldırılması üçün regionlar inkişaf etdirilməlidir
İnfrastruktur
13 İyun , 2017 13:10
Azərbaycanda paytaxtla rəqabət apara biləcək şəhərlərin inkişaf etdirilməsi təklif olunur

Bakı. 13 iyun. REPORT.AZ/ Abşeronda əhalinin kütləvi cəmlənməsi nəticəsində yaranan çətinliklərin aradan qaldırılması üçün ölkənin regionları inkişaf etdirilməlidir. 

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi praktik əsasları" mövzusunda elmi-praktik konfransda məlumat verilib. 

"Abşeronda kütləvi məskunlaşmanın yaratdığı problemlərin həlli üçün ilk növbədə Bakı ilə rəqabət apara biləcək karkas şəhərlərin (Gəncə, Mingəçevir) inkişaf etdirilməsi lazımdır. Regionlarda xüsusən əməktutumlu hesab edilən yüngül sənaye, emal sənayesi, habelə metallurgiya və digər iş yerləri yaradacaq sahələrin inkişaf etdirilməsi məqsədə müvafiq hesab edilir", - deyə tədbirdə bildirilib. 

Qeyd edək ki, ölkənin ümumi əhalisinin 30%-i və şəhər əhalisinin yarısı Abşeronda cəmlənib.

Son xəbərlər

Orphus sistemi