Yuxarı

Azərbaycanda nəqliyyat xidmətləri ucuzlaşıb

Poçt-kuryer, rabitə, hava və dəmir yolu nəqliyyatı qiymətlərində dəyişiklik olmayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayında Azərbaycanda əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma xidmətlərinin qiymətləri 5,1%, yükdaşıma qiymətləri isə 0,2% ucuzlaşıb.

Dövlət Statistka Komitəsindən “Report”a verilən məlumata görə, ay ərzində boru kəməri vasitəsilə neftin nəqli üçün nasos-kompressor stansiyalarında qazın sərfiyyatının aşağı düşməsi nəticəsində neftin nəql olunması qiyməti 0,4%, qazın nəqli və dəniz nəqliyyatında beynəlxalq yükdaşıma qiymətləri 0,1% ucuzlaşıb.

Ümumilikdə, nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,3% ucuzlaşıb. Ay ərzində poçt və kuryer, habelə rabitə xidmətləri qiymətlərində dəyişiklik müşahidə olunmayıb. Həmçinin hava, dəmir yolu və avtomobil nəqliyyatında yükdaşıma qiymətlərində də dəyişiklik müşahidə olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi