Azərbaycanda nəqliyyat sektorunda yükdaşımalar 3% ucuzlaşıb

Azərbaycanda nəqliyyat sektorunda yükdaşımalar 3% ucuzlaşıb Dəmir yolu nəqliyyatı üzrə yükdaşıma qiymətləri isə 0,1% artıb
İnfrastruktur
18 Noyabr , 2015 11:07
Azərbaycanda nəqliyyat sektorunda yükdaşımalar 3% ucuzlaşıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 8,5% azalıb. Bununla yanaşı, qazın nəql olunması qiyməti isə 0,1% artıb.

“Report” Dövlət Statistika Komitəsinin xəbərinə əsasən bildirir ki, ötən ay dəmir yolu nəqliyyatı üzrə yükdaşıma qiymətləri 0,1% bahalaşıb. Dəniz, hava və avtomobil nəqliyyatı sahələrində isə yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Qeyd edilir ki, ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 2,6% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi