Yuxarı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin istismarına icazə verdiyi çoxmənzilli binaların yerləşdiyi ünvanların sayı 100-ə yaxınlaşıb

Azərbaycanda nə qədər binanın istismarına icazə verilib?
© Report

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar indiyə qədər 96 ünvanda çoxmənzilli yaşayış binalarının istismarına icazə verib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Komitədən bildirilib. 

Məlumatda deyilir ki, bu binalarda ümumilikdə 17 727 mənzil var. 

"Təkcə son 15 gün ərzində 36 ünvanda çoxmənzilli yaşayış binasının istismarına icazə verilib”, - Komitədən bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi