​Azərbaycanda mənzillərin iki dəfə satılması məsələsi müzakirə edilir

​Azərbaycanda mənzillərin iki dəfə satılması məsələsi müzakirə edilir Dövlət Komitəsi: İstismara qəbul edilməyən binalarda sənədləşmənin aparılması mümkün deyil
İnfrastruktur
24 Noyabr , 2015 13:10
​Azərbaycanda mənzillərin iki dəfə satılması məsələsi müzakirə edilir

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda inşa olunan yaşayış binaları istismara qəbul edilməsə, onların sənədləşdirilməsi mümkün deyil. "Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında yeni tikililərin sənədləşdirilməsi məsələsini şərh edərkən deyib.

Komitə rəsmisi yeni Şəhərsalma və Tikinti Məcəlləsində bununla bağlı xüsusi göstəriş olduğunu deyib: "2013-cü ildə yeni məcəllə qəbul edilib və bu məcəlləyə görə, icra hakimiyyəti istismara icazə sənədi verməlidir. Bundan sonra isə orada sənədləşmə aparmaq olar. MTK yaxud MMC ilə vətəndaş arasında razılığın olmasına baxmayaraq, bina istismara qəbul edilməsə, biz orada sənədləşmə apara bilmirik".

ƏMDK-nin sədr müavini, həmçinin yeni tikilən binalarda bir mənzilin iki dəfə satılması halları ilə bağlı istehlakçıların hüquqlarının qabaqcadan qeydiyyatı məsələsinin isə hazırda müzakirə edildiyini deyib.

Son xəbərlər

Orphus sistemi