Yuxarı

Azərbaycanda istehlak bazarının dəyəri 2%-dən çox artıb

Azərbaycanda istehlak bazarının dəyəri 2%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 7 mlrd. manat təşkil edib. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3% çoxdur. 

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 2,3% artaraq 6,8 mlrd. manata bərabər olub. Bunun isə 47,5%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 

2 ay ərzində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 357 manatlıq və yaxud 1 il əvvələ nisbətən 10,4 manat çox dəyərə malik əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi