Azərbaycanda əhalinin su sayğacları ilə təminatı 57%-ə çatıb

Azərbaycanda əhalinin su sayğacları ilə təminatı 57%-ə çatıb "Azərsu" ASC-nin içməli su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərinin sayı 13 min artıb
İnfrastruktur
12 Avqust , 2015 15:56
Azərbaycanda əhalinin su sayğacları ilə təminatı 57%-ə çatıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bu ilin ikinci rübündə “Azərsu” ASC-nin içməli su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 13 min artıb. Bu haqda “Report”a “Azərsu” ASC-dən məlumat verilib. 

İyul ayına olan məlumata görə, “Azərsu”da 1 344 523 abunəçi içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 229 287-si və ya 95,8%-i əhali, 55 236-ı və ya 4,2%-i isə qeyri-əhali qrupu abunəçiləridir. Bu ilin aprel-iyun ayları ərzində əhali qrupu abunəçilərinin sayında artım 12 304, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 682 abunəçi təşkil edib.

Eyni tarixdə “Azərsu” ASC-nin sayğacla təmin olunan abunəçilərinin sayı 735 929-a çataraq sayğaclaşma səviyyəsi 57,9% təşkil edib. Qeyri-əhali qrupu abunəçilərinin isə 78,5%-i sayğaclarla təmin olunub.

Son xəbərlər

Orphus sistemi