Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət standartlarının elektron şəkildə satışı həyata keçiriləcək

    Məlumat bazasına daxil olmaqla zəruri standartı almaq mümkün olacaq

    Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda dövlət standartlarının elektron şəkildə satışı həyata keçiriləcək. Bu sistem Avropa İttifaqı ilə birgə Tvinninq layihəsi çərçivəsində Çexiya və Almaniyanın müvafiq qurumları ilə birgə hazırlanır.

    "Report" xəbər verir ki, məsələylə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov danışıb.

    "Sistemin hazırlanması yaxın iki həftə ərzində yekunlaşacaq. Biz standartların satışında Avropa ölkələrinin təcrübəsini tətbiq etmək istəyirik. Bunun üçün müəyyən vəsait tələb edilir", - deyə R.Həsənov qeyd edib.

    Standartların məlumat bazasının hazırlandığını açıqlayan komitə sədri bildirib ki, bu sistem istifadəyə verildikdən sonra istənilən şəxs bazaya daxil olub, ona lazım olan standartı elektron şəkildə əldə edə biləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi