Azərbaycanda büdcə gəlirlərinin özəlləşdirmə hesabına artırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda büdcə gəlirlərinin özəlləşdirmə hesabına artırılması ilə bağlı təkliflər hazırlanacaq Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənov məlumat verib
İnfrastruktur
19 Yanvar , 2016 12:35
Azərbaycanda büdcə gəlirlərinin özəlləşdirmə hesabına artırılması ilə bağlı təkliflər hazırlanacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə 685 kiçik dövlət müəssisə və obyekti, yarımçıq tikililər və nəqliyyat vasitələri, 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 50 pul hərracında 20 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. "Report" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov qurum tərəfindən 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirib.

K.Həsənov deyib ki, ötən dövr ərzində 464 qeyri-yaşayış sahəsi və 298 torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 5 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib: "İllik xüsusi hesabat formasını təqdim etməli olan 6 223 səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5 808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4 353-ü isə elektron formada təqdim edilib. Hesabat dövründə 2 857 ədəd Registrdən çıxarış sənədi hazırlanıb. Dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb. 156 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb, 153 min manata yaxın cərimə tətbiq olunub".

Hesabat ilində 191 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqlarının qeydiyyata alındığı barədə məlumat verən komitə sədri hesabat dövründə 41 371 ipoteka müqaviləsi qeydə alınıb.

"Ölkə büdcəsinin özəlləşdirmədən daxil olan vəsaitlərin hesabına artırılması məqsədilə yeni sahələrin özəlləşdirilməyə açılması ilə bağlı təhlillər aparılmalı və təkliflər hazırlanmalıdır. Özəlləşdirmə potensialı və bu sahədə optimallıq və şəffaflıq daha da artırılmalıdır. Torpaqların elektron uçotu informasiya sisteminin yaradılması üzrə aparılan işlər sürətləndirilməli, bütün kateqoriyalı torpaqların xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində tədbirlər fəal davam etdirilməlidir. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir", - deyə K.Həsənov qeyd edib.

Son xəbərlər

Orphus sistemi