Yuxarı

Azərbaycanda bu il 70 kiçik dövlət müəssisəsi özəlləşdirilib

Bundan əlavə, keçirilmiş 12 pul hərracında 3 səhmdar cəmiyyətin səhmləri özəlləşdiriliyb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 70 kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 125 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. “Report”un Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 40-dan çox qeyri-yaşayış sahəsi və 15 torpaq sahəsi icarəyə verilib.

Bundan əlavə keçirilmiş 12 pul hərracında 3 səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirildiyi açıqlanıb: “Aparılan monitorinqlər zamanı 481 torpaq qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilib və bununla bağlı qanunauyğun tədbirlər görülüb. Ötən dövrdə 37 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bundan 11 mini ilkin, 26 mini isə təkrar qeydiyyata aid olub".

Həmçinin, 10 minə yaxın ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 27 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 17 minə yaxını onlayn üsulla həyata keçirilib. Həmçinin, əhaliyə xidmətlə bağlı 20 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 32 minə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

Komitədən bildirilib ki, ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib: "Bu ilin ilk rübündə 60-a yaxın normativ-hüquqi aktın layihəsi hazırlanıb. Hazırlanmış layihələrdən 21-i təsdiq edilib. Regionlarda keçirilmiş 3 vətəndaş qəbulunda 185 vətəndaş qəbul edilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi