Azərbaycana pirotexniki vasitələrin gətirilməsi cəhdləri davam edir

Azərbaycana pirotexniki vasitələrin gətirilməsi cəhdləri davam edir Bakı. 10 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi Qaz 3102 markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
İnfrastruktur
10 Dekabr , 2018 12:12
Azərbaycana pirotexniki vasitələrin gətirilməsi cəhdləri davam edir
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 920 ədəd üzərində "Mega Black Devil" yazısı olan və 80 ədəd üzərində "Piccolo Corsar" yazısı olan pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi