Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way”in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil olub.
Bu barədə “Report”a Şirkətdən məlumat verilib.
Məlumata görə, bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir.
Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.
Son 10 il ərzində
Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.