Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 40 tonluq gəmisi təmirdən çıxıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 40 tonluq gəmisi təmirdən çıxıb Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb
İnfrastruktur
17 Aprel , 2017 16:54
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 40 tonluq gəmisi təmirdən çıxıb
acsc.az

Bakı. 17 aprel. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb.

Gəmiçilikdən "Report"a verilən məlumata görə, keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklərin nasosları, seperatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub.

Qeyd edək ki, təmir üçün lazımi detallar “Bibiheybət” Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin Torna sahəsində hazırlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçiriləcək.

 “Atlet-24” kran gəmisi 1990-cı ildə Polşada inşa edilib. Uzunluğu 63,8 metr, eni 15 metr olan gəmi 1 520 at gücünə malik mühəriklə təchiz olunub və surəti 11,24 uzeldir.

Son xəbərlər

Orphus sistemi