Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Xəzər Dəniz Neft Donanmasının dənizçiləri ilə görüş keçirilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Xəzər Dəniz Neft Donanmasının dənizçiləri ilə görüş keçirilib Bakı. 16 aprel. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti Xəzər Dəniz Neft Donanmasının dənizçiləri ilə görüşüb.
İnfrastruktur
16 Aprel , 2018 15:19
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Xəzər Dəniz Neft Donanmasının dənizçiləri ilə görüş keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti Xəzər Dəniz Neft Donanmasının dənizçiləri ilə görüşüb. 

Bu barədə “Report”a Gəmiçilikdən məlumat verilib.

Məlumata görə, görüş Gəmiçiliyin rəhbəri Rauf Vəliyevin təşəbbüsü ilə baş tutub. O bildirib ki, rəhbərlik əməkdaşların sosial rifahının yaxşılaşmasında, onların təcrübəli dənizçilər kimi inkişaf etməsində hər zaman maraqlıdır. Bu məqsədlə bir sıra layihələr həyata keçirilir. 

“Təbii ki, siz dənizçilərin əzmkarlığı sayəsində bir çox uğura imza atdıq. Amma qarşıda xeyli görüləcək işlərimiz var. Hazırkı əsas hədəflərimizdən biri peşəkar kadr hazırlığıdır. Bunun üçün təcrübəli dənizçilər gəmilərə gələn gənclərdən köməkliklərini əsirgəməməlidirlər. Nəzərə almaq lazımdır ki, yenilənən və müasirləşən donanmalarımızda savadlı və gənc dənizçilərin olması daha böyük uğurlara yol aça bilər,”- deyə sədr qeyd edib.

Bu formatda görüşlərin mütəmadi keçiriləcəyini deyən Vəliyev bu il Gəmiçiliyin 160 illik yubileyinin qeyd olunacağını da bildirib. 

Son xəbərlər

Orphus sistemi