Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iki tender keçirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iki tender keçirir Müraciət üçün iki tarix seçilib
İnfrastruktur
22 Dekabr , 2016 09:35
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iki tender keçirir

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dəftərxana ləvazimatlarının satın alınması məqsədilə açıq müsabiqə elan edib. "Report" Gəmiçiliyə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər şəxslər www.acsc.az saytında "yüklə" bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət dekabrın 30-u saat 18:00-dır.  Sənədlər Bakı, Rəsulzadə küçəsi,5 ünvanına təqdim edilməlidir.

Eyni zamanda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC KPM-32/16 markalı (SAP 3000034, buraxılış ili 1976-cı il) liman kranın cari təmir işləri və akkumlyatorların satın alınması məqsədilə açıq müsabiqə keçirir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər gəmiçiliyin saytından əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 29 dekabr saat 18:00 təyin edilib. Sənədlər yuxarıda qeyd edilən ünvana çatdırılmalıdır. 

Son xəbərlər

Orphus sistemi