Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqələr elan edib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqələr elan edib Gəmiçilik şirkəti bir sıra texniki ləvazimatlar almaq istəyir
İnfrastruktur
30 Dekabr , 2016 09:32
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqələr elan edib

Bakı. 30 dekabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC hidravlik yağların və elektrik mallarının alınması məqsədilə açıq müsabiqə elan edib.

"Report"un gəmiçilik şirkətinə istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2017-ci il yanvarın 12-si saat 18:00-dur. Sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi,5 ünvanına təqdim edilməlidir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC eyni zamanda yanğınsöndürmə ləvazimatları və M-1000/6/0.4 kV yağ transformatorlarının alınması məqsədilə açıq müsabiqə elan edib. İddiaçılar zəruri sənədləri qurumun rəsmi veb-səhifəsindən əldə edə bilərlər. Sənədlər 2017-ci il yanvarın 13-ü saat 18:00-dək eyni ünvana təhvil verilməlidir.

Son xəbərlər

Orphus sistemi