Yuxarı

Azərbaycan və Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə razılığa gəlib

Bu marşrutlar üzrə ilk səfərlər mart ayının sonuna qədər planlaşdırılır

Bakı. 15 fevral. REPORT.AZ/ "Rusiya dəmir yolları" ASC və "Azərbaycan Dəmir Yolları" QSC "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşımalarının təşkil olunması sayəsində Azərbaycan və Rusiya dəmir yollarına yük axınlarının cəlb olunması üzrə əməkdaşlığa dair razılığa gəlib.  

"Report" xəbər verir ki, bu barədə  "Rusiya dəmir yolları" ASC-nin mətbuat xidmətindən bildiriblər. 

Qeyd olunub ki, layihənin logistik operatorları qismində "ADY Express" MMC və "РЖД Логистика" AC çıxış edir. Bu marşrutlar üzrə ilk səfərlər martın ayının sonuna qədər planlaşdırılır.

Hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yük axını dəniz daşınmaları ilə təmin olunur, Nava-Şeva (Mumbai) limanından Moskvaya qədər yol 40 gün təşkil edir. Yeni multimodal marşruta dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadə daxil edilib, bu da yük daşınmaları müddətini 2 dəfəyədək azaltmağa imkan verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi