Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivlərini müzakirə edib

Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivlərini müzakirə edib Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanda səfərdə olan “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC-nin sədri Sauat Mınbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görüş keçirilib.
İnfrastruktur
27 Fevral , 2019 14:46
Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivlərini müzakirə edib

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanda səfərdə olan “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC-nin sədri Sauat Mınbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görüş keçirilib.

ASCO-dan “Report”a verilən məlumata görə, görüşdə Xəzər dənizi və Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyət Marşrutunun perspektivlərindən söz açılıb.

ASCO-nun sədri Rauf Vəliyev qazaxıstanlı qonaqlara ASCO-nun fəaliyyəti haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, bu gün ölkə başçısı İlham Əliyevin gerçəkləşdirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan vacib nəqliyyat qovşağına çevrilib.

Donanmalarının daim yenilənməsinə diqqət çəkən R.Vəliyev bildirib ki, ASCO Xəzər dənizi üzərindən artan yük həcminin qarşılanması üçün bu strategiyanı bundan sonra da davam etdirəcək.

S. Mınbayev də öz növbəsində ASCO-nun xüsusi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda strateji rolunu vurğulayıb. Yeni təyin olduğu vəzifədə ilk dəfə ASCO-da olduğunu və gələcəkdə də qardaş və dost ölkələrin bu iki qurumu arasında əməkdaşlığın artan xətt üzrə davam edəcəyinə inamını bildirib.

Tərəflər yükdaşıma, logistika və ikitərəfli əməkdaşlığın işçi qrupu formatında davam etdirilməsinə razılıqlarını ifadə ediblər. Sonda qonaqlara ASCO-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi