Yuxarı

Azərbaycan və Qazaxıstan gömrük prosedurlarını sadələşdirir

Azərbaycan və Qazaxıstan gömrük prosedurlarını sadələşdirir
Bununla bağlı iki ölkə arasında razılaşma əldə edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi və Qazaxıstan Maliyyə Nazirliyi iki ölkə arasında hərəkət edən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinin təşkilinə dair müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın "Kursiv.kz" saytı yazıb.

Tərəflər gömrük əməliyyatlarının həyata keçirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi üçün ilkin məlumatlılığın önəmini qeyd ediblər.

Qeyd edək ki, Qazaxıstan Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin sədr müavini Qosman Amrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub və müvafiq sənəd Azərbaycan tərəfi ilə keçirilən görüş zamanı rəsmiləşdirilib.

Bundan başqa, görüşdə gömrük sahəsində gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi