Yuxarı

Azərbaycan və Moldova yük daşımaları sahəsində əməkdaşlıq edəcək

Bu gün iki ölkə arasında müvafiq sənəd imzalanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Moldova Qarışıq Komissiyasının protokolu imzalanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a daxil olan xəbərə görə, protokolu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev və Moldova Avtomobil Agentliyinin Beynəlxalq Əlaqələr Xidmətinin rəisi Vsevolod Başkanian imzalayıblar. 

Sənəddə beynəlxalq avtomobil əlaqələrinin hazırki vəziyyəti, gələcək perspektivləri və inkişafı, həmçinin yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi məsələləri əksini tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi