Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb

Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir
İnfrastruktur
16 Noyabr , 2016 15:51
Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif əl-Fuzan (Yousef Al-Fouzan) iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıblar.

Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən "Report"a bildirilib ki, qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırıb. Bu sənəd Azərbaycanla Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.

"Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və Azərbaycanla Küveyt arasında sərnişin daşımaları bazarının tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın milli daşıyıcısı olan “Azərbaycan Hava Yolları” və yük daşıyıcısı “Silkway Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırır. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir", -  məlumatda bildirilib.

Qeyd edək ki, sazişin imzalanması Küveytdə Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi