Azərbaycan və Estoniya dəniz nəqliyyatı sahəsində əməkdaşlıq barədə protokol imzalayacaq

Azərbaycan və Estoniya dəniz nəqliyyatı sahəsində əməkdaşlıq barədə protokol imzalayacaq Mixail Korb: "İki ölkə xidmət və İKT sahəsində fəal əməkdaşlıq edir"
İnfrastruktur
7 Aprel , 2017 14:59
Azərbaycan və Estoniya dəniz nəqliyyatı sahəsində əməkdaşlıq barədə protokol imzalayacaq
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycanın dəniz limanı və Estoniya limanlarından biri arasında əməkdaşlıq protokolu imzalanacaq və bu, malların şimaldan cənuba və əksinə daşınmasına imkan yaradacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb deyib.

Onun sözlərinə görə, iki ölkə xidmət və İKT sahəsində fəal əməkdaşlıq edir və Azərbaycan artıq bu sahədə Estoniyanı üstələyib.

Ticarət dövriyyəsinin səviyyəsi haqqında danışan M.Korb bu göstəricinin istənilən kimi yaxşı olmadığını bildirib. O, eyni zamanda kənd təsərrüfatı sahəsini ikitərəfli münasibətlərdə prioritet kimi qələmə verib.

M.Korb əlavə edib ki, səfər zamanı Estoniya güclü olduğu ağac emalı, metallurgiya, maşınqayırma kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib: "Həmçinin neft-qaz sənayesində investisiya layihələri müzakirə olunub. Bundan başqa, Estoniyanın elektron vətəndaşlıq sahəsindəki təcrübələrini paylaşdıq".

Son xəbərlər

Orphus sistemi