Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Avropa Komissiyasının mobillik və nəqliyyat üzrə baş direktoru Henrik Hololeyin və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.
İnfrastruktur
19 Fevral , 2019 11:53
Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Avropa Komissiyasının mobillik və nəqliyyat üzrə baş direktoru Henrik Hololeyin və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclası giriş sözü ilə R.Quluzadə açıb.

O bildirib ki, Aİ ilə əməkdaşlıq üçün böyük potensial var. Son illə Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilmiş işlər barədə məlumat verən nazir bu görüşün əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb. R.Quluzadə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyətinə də toxunub, həmçinin Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının region üçün vacibliyini vurğulayıb.

H.Hololey isə Azərbaycanın nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini qeyd edib: "Regionda vəziyyəti dəyişən BTQ mühüm əhəmiyyətə malikdir. Ələt limanı isə multi-modal yanaşmanı tam təmin edir. Azərbaycan aviasiya sahəsində də çoxşaxəli inkişafa nail olub". 

Bundan başqa, onun sözlərinə görə, Aİ Azərbaycanla əməkdaşlıq çərçivəsində 6 investisiya layihəsini təsdiqləyib: "Layihələr burda logistika mərkəzlərinin yaradılmasını və Ələtdəki limanın potensialının artırılmasını nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi