Azərbaycan üzərindən yükdaşıma xidmətləri bahalaşıb

Azərbaycan üzərindən yükdaşıma xidmətləri bahalaşıb Nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4% artıb
İnfrastruktur
11 Aprel , 2017 14:03
Azərbaycan üzərindən yükdaşıma xidmətləri bahalaşıb

Bakı. 11 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanın nəqliyyat sektorunda 2016-cı ilin eyni dövrünə nisbətən yükdaşıma qiymətləri milli valyutada 12,4% artıb.

"Report"un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

"Bu ilin mart ayında fevrala nisbətən yükdaşıma qiymətləri 2,5%, o cümlədən, boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5% və 2,7%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7%, dəniz nəqliyyatında 3,0% azalıb. Avtomobil nəqliyyatında 8,0% bahalaşma qeydə alınıb. Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi