Azərbaycan təmsilçisi beynəlxalq komitəyə sədr seçilib

Azərbaycan təmsilçisi beynəlxalq komitəyə sədr seçilib Çinin də TİR Konvensiyasına üzv olması gözlənilir
İnfrastruktur
11 Fevral , 2016 14:54
Azərbaycan təmsilçisi beynəlxalq komitəyə sədr seçilib

Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 10-11-də Cenevrədə (İsveçrə) BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində Beynəlxalq Yük Daşımaları Kitabçası tətbiq etməklə Beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının (TİR) İnzibati Komitəsinin (AC.2) 63-cü sessiyası keçirilir. "Report" xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Sessiyada konvensiyanın İnzibati Komitəsinin sədrliyinə seçkilər keçirilib və Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov İnzibati Komitənin sədri seçilib.

Məlumata görə, 1975-ci ildə imzalanmış Beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası hazırda yeganə qlobal tranzit sistemidir və ölkələrdə konvensiyanın tələbləri əsasında beynəlxalq tranzit proseduralarının və gömrük tənzimlənməsi məsələlərini əhatə edir.

Böyük hissəsi Avropa qitəsindən olan 68 ölkə Konvensiyanın üzvü olmaqla, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı konvensiyanın yaratdığı sadələşdirilmiş tranzit və sərhəd-keçid proseduralarından istifadə olunur.

Son 10 il ərzində illik təxminən 3 mln. BYD kitabçasından istifadə etməklə avtonəqliyyat vasitələri və konteynerlərlə minlərlə ton yüklərin tranzit daşınması həyata keçirilib.

Yanvarın 21-dən etibarən Pakistan konvensiyaya tərəf olub. Eyni zamanda, Çinin də konvensiyaya üzv olması gözlənilir. Afrika, Asiya, Yaxın Şərq və Cənubi Amerika regionlarından olan digər dövlətlər də yaxın gələcəkdə konvensiyaya qoşulmağa maraq göstərir.

Son xəbərlər

Orphus sistemi