Yuxarı

Azərbaycan Rusiyanın ağırtonnajlı maşınlarına vergi tətbiq edə bilər

Dövlət Avtomobil Nəqliyyat Xidməti bununla bağlı hökumətə təkliflər göndərib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan ərazisində Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə edən, maksimal çəkisi 12 tondan artıq və Rusiyada qeydiyyatda olan nəqliyyat vasitələrinə ölkənin magistral yollarına vurduğu ziyana görə ödənişlərin tətbiqi təklif edilir.

Bunu "Report"a açıqlamasında Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

"Biz Rusiya tərəfinin bununla bağlı analoji qərarı barədə məlumat alan kimi bir neçə ay ərzində öz təkliflərimizi də hazırladıq. Bizim təkliflərimizdə Azərbaycanda da müvafiq qanun layihəsinin hazırlanması öz əksini tapıb", - deyə Ş.Mehmanqızı qeyd edib.

DANX sözçüsü əlavə edib ki, qurum artıq həmin təkliflərdən ibarət sənədi Nəqliyyat Nazirliyinə təqdim edib, Nazirlik isə ona baxılması üçün təklifləri Nazirlər Kabinetinə göndərib.

Xatrıladaq ki, bu gündən etibarən Rusiya Federasiyasının magistral yollarından istifadə edən Rusiya və eləcə də xarici ölkələrdə qeydiyyatdan keçən və maksimal çəkisi 12 tondan artıq olan nəqliyyat vasitələri (həmçinin, Azərbaycandan olan) federal əhəmiyyətli yollardan istifadə edərkən, həmin yollara vurduqları ziyana görə ödəniş etməli olacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi