Yuxarı

​Azərbaycan-Rusiya sərhədində tikiləcək körpünün ötürmə qabiliyyəti gündə 37 min avtomobil təşkil edəcək

Qurğunun inşa xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb

Bakı. 20 may. REPORT.AZ/ Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindən keçəcək körpünün ötürmə qabiliyyəti gün ərzində hər iki tərəfə 37 min avtomobil təşkil edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə layihənin reallaşdırılması məsələləri üzrə İşçi qrupun mayın 18-də keçirilən iclası çərçivəsində layihəçi şirkət nümayəndələrinin səsləndirdiyi rəqəmlərə istinadən Rusiyanın Federal Yol Agentliyinin mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatında bildirilir ki, Samur körpüsünün sərhəd və gömrük nəzarət zonasına aid olmaması ilə əlaqədar olaraq giriş və çıxışda nəqliyyat tıxacının yaranma riski minimuma endirilib. Bundan əlavə, yol çəkənlərin planlarına obyektin istismara verilməsindən sonra, həmçinin Rusiya və Azərbaycan sərhədindəki hazırki körpü qurğusunun yenidən qurulmasını icra etmək daxildir.

Samur çayı üzərindən keçən körpü layihəsini "İnstitut "Doraeroproekt" QSC hazırlayır. Qeyd olunur ki, layihə sənədləri öyrənilməsi üçün artıq bu ilin yayında Rusiya Federasiyası Baş Dövlət Ekspertiza İdarəsinə göndərilə bilər.

Körpünün inşa xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb. Rusiya isə işlərin görülməsinə sərf olunan xərclərin 50 faizini gələcəkdə kompensasiya edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi