Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Dohada "ITU-2014" konfransında çıxış edib

Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Dohada "ITU-2014" konfransında çıxış edib "Azərbaycan əhalisinin 50%-i genişzolaqlı internetdən istifadə edir"
İnfrastruktur
8 Dekabr , 2014 11:52
Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Dohada ITU-2014 konfransında çıxış edib
Bakı. 8 dekabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada "ITU-2014" informasiya-kommunikasiya texnologiyaları üzrə konfrans keçirilir (International Telecommunication Union).

"Report" xəbər verir ki, konfrans genişzolaqlı internetin inkişaf məsələlərinə həsr olunub. 

Tədbirdə çıxış edən ITU baş katibi Hulin Jao bildirib ki, 2020-ci ilə qədər Yer planetinin 55% əhalisinin genişzolaqlı internetə çıxışı olacaq. Onun sözlərinə görə, kənd yerlərinin 90% əhalisi, həmçinin internetə çıxışı əldə edəcəklər. 

Tədbirdə, həmçinin Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edib və Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. O qeyd edib ki, "Azərbaycan əhalisinin 70%-nin internetə çıxışı var, onlardan 50%-i genişzolaqlı internetdən istifadə edir". 

Konfrans öz işini dekabr ayının 10-da yekunlaşdıracaq. 

Son xəbərlər

Orphus sistemi