​Azərbaycan Moskvada “TransRusiya beynəlxalq nəqliyyat-logistika xidmətləri və texnologiyalar" sərgisində təmsil olunur

​Azərbaycan Moskvada “TransRusiya beynəlxalq nəqliyyat-logistika xidmətləri və texnologiyalar" sərgisində təmsil olunur Sərgiyə Rusiyanın 71 rergionundan və 50 xarici ölkədən 14 716-ya yaxın mütəxəssis baxış keçirəcək
İnfrastruktur
19 Aprel , 2016 17:45
​Azərbaycan Moskvada “TransRusiya beynəlxalq nəqliyyat-logistika xidmətləri və texnologiyalar sərgisində təmsil olunur

Bakı. 19 aprel.REPORT.AZ/ Aprelin 19-22-də Moskva şəhərində 21-ci "TransRusiya nəqliyyat-logistik xidmətlər və texnologiyalar" sərgisi keçirilir. Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. Bu barədə "Report"a qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

O bildirib ki, “TransRusiya” nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi Rusiya Federasiyası, MDB-nin üzvü olan digər ölkələr məkanında ən iri sərgilərdəndir. Sərgidə dəmir yollarının, liman və yük terminallarının milli, eləcə də beynəxalq səviyyəli yükdaşıyıcıları, ekspeditorları, operatorları, yüklərin daşınması və saxlanması üzrə avadanlıq və texnika istehsalçıları, həmçinin gömrük brokerləri, sığorta şirkətləri təqdim olunur.

“TransRusiya” sərgisi RF-nın Nəqliyyat Nazirliyi, həmçinin Dövlət Dumasının energetika, nəqliyyat və rabitə Komitəsinin, nəqliyyat üzrə Federal nəzarət xidmətinin, Federal dəmir yolu nəqliyyatı Agentliyinin, Federal dəniz və çay nəqliyyatı Agentliyinin, “Rusiya Dəmir Yolları” ASC-nin, Rusiya Ekspeditorlar Assosiasiyasının və digər qurum və sahə assosiasiyalarının təşkilatçılığı ilə keçirilir.

“TranRusiya” sərgi pavilyonunun səhəsi 18 000 kv.m-dən artıq bir səhəni əhatə edir. Dörd gün ərzində sərgiyə Rusiyanın 71 rergionundan və 50 xarici ölkədən 14 716-ya yaxın mütəxəssis baxış keçirəcək.

Son xəbərlər

Orphus sistemi