Azərbaycan Mərkəzi Bankı inzibati binası üçün mühafizəçi seçir

Azərbaycan Mərkəzi Bankı inzibati binası üçün mühafizəçi seçir Qurum bu məqsədlə kortirovka sorğusu elan edib
İnfrastruktur
15 Sentyabr , 2017 11:45
Azərbaycan Mərkəzi Bankı inzibati binası üçün mühafizəçi seçir
Report

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) adına daxil olan və adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması xidmətinin satın alınması, eləcə də özünə məxsus inzibati binalarda təmir-bərpa işlərinin görülməsi, binaların mühafizəsinin təşkil edilməsi məqsədi ilə kotirovka sorğuları elan edib. 

"Report" xəbər verir ki, sorğularda iştirak haqqı cəmi 20 manatdır. 

Təkliflər sentyabrın 25-nə qədər qəbul edilir və onlara sentyabrın 26-da, saat 10:00-da AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 83 ünvanında yerləşən inzibati binasında baxılacaq. 

Son xəbərlər

Orphus sistemi