Azərbaycan “Logitrans-2019” sərgisində iştirak edir

Azərbaycan “Logitrans-2019” sərgisində iştirak edir Noyabrın 13-dən başlayaraq Türkiyənin İstanbul şəhərində “Logistrans – 2019” beynəlxalq nəqliyyat və logistika sərgisi keçırılir.
İnfrastruktur
15 Noyabr , 2019 11:04
Azərbaycan “Logitrans-2019” sərgisində iştirak edir

Noyabrın 13-dən başlayaraq Türkiyənin İstanbul şəhərində “Logistrans – 2019” beynəlxalq nəqliyyat və logistika sərgisi keçırılir.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi “ADY Konteyner” MMC-dən bildirilib. 

Məlumata görə, tədbirdə iştirak edən 20-dən artıq ölkənin təmsilçiləri nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətlərini təqdim edirlər.

Sərgidə Azərbaycan dəmiryolçuları da iştirak edirlər. “Azərbaycan Dəmir Yolları”, “ADY Konteyner”, eləcə də “ADY Express” MMC-nin birgə təmsil olunduğu stenddə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr təqdim edilir. Azərbaycan təmsilçiləri, Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək, yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən iri Türkiyə və Beynəlxalq şirkətlərlə danışıqlar aparırlar. Danışıqlarda Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzindədir. Azərbaycan nümayəndə heyəti öz innovativ məhsullarını, xidmətlərini və imkanlarını təqdim edərək, beynəlxalq şirkətlərin təmsilçilərini yükdaşımalar sahəsində təklif elədikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.

Sərgi çərçivəsində dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilir və danışıqlar aparılır. Logitrans-2019 sərgisi nəqliyyat va logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkanı verir. Burada Türkiyə və dünyanın bir çox ölkələrindən qatılan iştirakçılara, eyni zamanda geniş əhatəli konfrans proqramları təklif edilir və məlumat mübadiləsi uçün platformalar yaradılır. Sərgi Azərbaycan dəmir yollarının dəyərini göstərməklə Avrasiya məkanında qlobal yükdaşımalar sistemində üstünlüyünü bir daha nümayiş etdirdi və Azərbaycan dəmir yollarının təqdim etdiyi yeni logistika məhsullarına yükdaşımalar bazarında böyük marağın olduğunu göstərdi.

Son xəbərlər

Orphus sistemi