Azərbaycan, İran və Rusiya dəmir yolu ilə yükdaşıma tariflərini azaldıblar

Azərbaycan, İran və Rusiya dəmir yolu ilə yükdaşıma tariflərini azaldıblar Tərəflər 50% endirim etmək qərarına gəliblər
İnfrastruktur
11 Mart , 2017 11:47
Azərbaycan, İran və Rusiya dəmir yolu ilə yükdaşıma tariflərini azaldıblar
mehrnews.ir

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan, İran və Rusiyanın dəmir yolu ilə yükdaşıma tariflərinə dair əldə etdikləri razılaşmanın təfərrüfatları məlum olub. "Report"un "İran.ru" saytına istinadən verdiyi xəbərə görə, tərəflər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhzlinin ilə yük daşımalarının fəallaşması məqsədilə tarifləri 50% endirmək qərarına gəliblər.

Belə ki, Moskvada keçən görüş zamanı hər üç ölkənin müvafiq qurumlarının rəhbərləri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımların Azərbaycan ərazisi üzərindən təşkil edilməsi, habelə Astarada İranın sərhəd keçid terminalının tranzit potensialının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.

Üçtərəfli sessiyada yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana və əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi üçün güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə edilən məsələ olub.  

Son xəbərlər

Orphus sistemi