Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən keçirilən satınalmanın qalibi olaraq “MBA Ltd.” MMC seçilib. Bu barədə "Report"a AİF-in Satınalmalar Komissiyasından məlumat verilib.
Məlumata görə, cəmiyyət ilə Fond arasında artıq müvafiq satınalma müqaviləsi bağlanıb.
Xatırladaq ki, bir müddət əvvəl AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri üzrə girov götürülmüş daşınmaz əmlakın yenidən qiymətləndirilməsi üzrə xidmətlərin alınması ilə bağlı təkliflər sorğusunun keçirilməsinə başlanılıb.