Yuxarı

Azərbaycan hökuməti torpaq idarəçiliyində yenilik edib

​Azərbaycan hökuməti torpaq idarəçiliyində yenilik edib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq istifadəçiliyində planşetlərin tətbiqinə başlayıb.

Bu barədə “Report”a Komitədən bildirilib.

Məlumata görə, planşetlər torpaq müfəttişlərinə veriləcək.

“Müfəttişlərin planşetlə işləməsi işin keyfiyyətini artıracaq. Məsələn, onlar monitorinq aparan zaman planşet vasitəsilə dərhal torpaq sahəsinin təyinatını, burada aparılan tikinti işlərinin qanuni olub-olmamasını, torpağın kimə məxsus olmasını öyrənə biləcəklər. Əgər cəza tədbiri görülməsinə ehtiyac olarsa, dərhal qanunu pozmuş şəxslərə bu barədə SMS göndərmək mümkün olacaq”, - deyə ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi