​"Azərbaycan Hava Yolları" və "Türk Hava Yolları" arasında saziş imzalanıb

​"Azərbaycan Hava Yolları" və "Türk Hava Yolları" arasında saziş imzalanıb Saziş martın 29-dan etibarən qüvvəyə minəcək
İnfrastruktur
16 Mart , 2015 14:11
​Azərbaycan Hava Yolları və Türk Hava Yolları arasında saziş imzalanıb

Bakı. 16 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” şirkətləri arasında Azərbaycandan Türkiyəyə və əks istiqamət üzrə martın 29-da qüvvəyə minəcək kod-şerinq sazişi imzalanıb.

“Report” xəbər verir ki, bu saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır. Kod-şerinq sazişi çərçivəsində “Azərbaycan Hava Yolları”nın Bakı-İstanbul ("Atatürk"/"Sabiha Gökçen")-Ankara reyslərində “Türk Hava Yollar”nın marketinq kodu yerləşdirəcək. “Azərbaycan Hava Yolları”nın marketinq kodu isə öz növbəsində “Türk Hava Yolları”nın İstanbul ("Atatürk")-Bakı-Naxçıvan (Gəncə) və İstanbul ("Sabiha Gökçen")–Bakı reyslərində yerləşdiriləcək. Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda Xüsusi Proreyt Sazişinin şərtlərinə əsasən, hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcək.

“Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Arif Məmmədov qeyd edib ki, “Türk Hava Yolları” ilə yeni kod-şerinq sazişi əsasında əməkdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir və müştərilərin təyinat məntəqələrinə komfortlu şəkildə çatmaları üçün böyük imkanlar yaradır.

Son xəbərlər

Orphus sistemi