AZAL-la Tbilisiyə uçanların sayı 9% artıb

AZAL-la Tbilisiyə uçanların sayı 9% artıb Tbilisi. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 95 052 sərnişin daşıyıb.
İnfrastruktur
22 Yanvar , 2019 15:59
AZAL-la Tbilisiyə uçanların sayı 9% artıb
0 : 00
0 : 00

Tbilisi. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 95 052 sərnişin daşıyıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb. 

Məlumata görə, bu, 2017-ci illə müqayisədə 8 008 nəfər və yaxud 9,1% çoxdur. Ötən il Azərbaycanın milli aviadaşıyıcısının Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib. 

Qeyd edək ki, 2017-ci il sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları həm də AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkəti həyata keçirir. 

Ötən il xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 4 950 334 sərnişin daşıyıb. Sərnişinlərin sayına görə ilk üçlükdə Macarıstanın lou-kosteri “Wizz Air” (587 179 nəfər), “Türk Hava Yolları” (559 749 nəfər), “Gürcüstan Hava Yolları” şirkəti (550 831 nəfər) yer alıb.

Son xəbərlər

Orphus sistemi