Yuxarı
    Bağlamaq

    Azərbaycan "Global Innovation Index" reytinqində 3 pillə irəliləyib

    Respublika 127 ölkə arasında 82-ci yerə yüksəlib

    Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan dünyanın ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyərək 127 ölkə arasıda 82-ci yerə yüksəlib.

    "Report" xəbər verir ki, bu barədə "Global Innovation Index"in 2017-ci il üzrə hazırladığı hesabatında bildirilir.

    MDB ölkələri arasında Rusiya 45, Ukrayna 50, Moldova 54, Ermənistan 59, Qazaxıstan 78, Belarus 88, Tacikistan 94 və Qırğızıstan 95-ci yerləri tutub.

    İlk üç yerdə İsveçrə, İsveç və Hollandiya qərarlaşıb. Birləşmiş Ştatlar və Böyük Britaniya 4 və 5-ci yerlərdədir.

    Özbəkistan və Türkmənistanla bağlı məlumat yoxdur.

    Tərtibatçıların sözlərinə görə, reytinq altı iri elmi-tədqiqat təşkilatının araşdırmaları əsasında tərtib edilib. Tərtibat zamanı siyasi mühitin vəziyyəti, təhsil, infrastruktur, biznes mühiti və s. əks etdirən 81 göstərici nəzərə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi