Yuxarı
    Bağlamaq

    Azərbaycan Fibrosement Zavodunda ekoloji təhlükəsiz məhsullar istehsal olunacaq

    Təhlükəli asbest (şifer) məhsulunun zərərsiz alternativi Azərbaycan bazarına da çıxarılır

    Bakı. 8 iyul. REPORT.AZ/ Beynəlxalq Əmək Təşkilatının (ILO) verdiyi məlumata görə, dünyada 125 mln. insan asbest istifadə olunan mühitdə işləyir və hər il 100 mindən artıq insan asbestin təsirindən yaranan xəstəliklərə görə dünyasını dəyişir.

    “Report”un "Synergy Group" ASC-nin apardığı araşdırmaya əsasən xəbər verir ki, digər tərəfdən insanlar yalnız asbest tərkibli məhsulların istehsalı ilə deyil, eyni zamanda istehsala yaxın ərazilərdə yaşamaqla və binalarda asbest tərkibli materiallardan istifadə etməklə də onun təsirilə qarşılaşır: "Asbest son dərəcə kanserogen bir maddədir. Nəfəs və ya içmə yolu ilə insan bədəninə nüfuz edə və müxtəlif xəstəliklərə yol aça bilər".

    Bu qədər zərərin olmasına baxmayaraq, bəzi ölkələr asbestin istehsalını davam etdirir. Bu, əsasən Rusiya, Kanada və Çindir.

    Kanada istehsalın 97%-ni ixrac edir və bunun 67%-i Asiya ölkələrinə göndərilir. Kanada beynəlxalq təşkilatlarda xrizolit növünün istifadəsini müdafiə etdiyi halda, eyni zamanda özünün parlament binasını asbestdən təmizləmə layihəsini həyata keçirir. Avropa İttifaqında asbest istifadəsi 1950-1980-ci illərə qədər sürətlə artıb. Lakin 1980-ci illərdən asbest istifadəsində ciddi azalma başlayıb və 1999-cu il direktivi (1999/77/EC) ilə bütün Aİ dövlətlərində asbestin istifadəsinə və satılmasına qadağa qoyulub. Direktiv 2005-ci ilin yanvarından tam qüvvəyə minib. Artıq Türkiyə də asbestin satışı və istifadəsinə qadağa qoyub.

    Son illər asbest məhsullarının istifadəsində azalma müşahidə olunsa da, məhsul Azərbaycanda hələ də geniş istifadə olunur. Asbest məhsulları əsasən dam örtükləri (şifer) və kanalizasiya boruları kimi istifadə olunur. Ölkənin regionlarında evlərin dam örtükləri əsasən asbest şiferdən quraşdırılır. İnsanların asbest məhsullarına müraciət etməsinin əsas səbəbi isə qiymətinin başqa məhsullarla müqayisədə aşağı olması ilə bağlıdır.

    Maraqlıdır ki, asbesti əvəz edən məhsullar mövcuddur. Azərbaycanda fəaliyyət göstərən "Synergy Group" investisiya şirkətinin bazar araşdırması tərkibində asbest olmayan fibrosement materiallarına tikinti bazarında ehtiyac olduğunu müəyyən edib. Fibrosement məhsulları dedikdə fasad, dam örtüyü, döşəmə altı (dikt əvəzi), daxili divarlar üçün üzlüklər və hasar növləri nəzərdə tutulur. Bu sahədə dünyanın aparıcı avadanlıq istehsalçısı sayılan Avstriyanın MFL şirkəti müasir tələblərə cavab verən və regionda analoqu olmayan "təbiətə dost" texnologiyalı zavod layihələndirib. Azərbaycan Fibrosement Zavodu 2017-ci ilə qədər işə düşərək, yerli tikinti bazarında yeni seçim imkanı yaradacaq və ixrac üçün önəmli material olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi