Azərbaycan dəmir yolu ilə daşımalardan gəlirlərini artırıb

Azərbaycan dəmir yolu ilə daşımalardan gəlirlərini artırıb Ötən il yük və sənişin daşınmasından gəlirlər müvafiq olaraq 16% və 8% çoxalıb
İnfrastruktur
7 Mart , 2017 13:52
Azərbaycan dəmir yolu ilə daşımalardan gəlirlərini artırıb
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan dəmir yolu nəqliyyatı ilə yük daşınmasından 2016-cı ildə 262,5 mln. manat, sənişin daşınmasından 13,2 mln. manat gəlir əldə edilib. Bu, 2015-ci illə müqayisədə müvafiq olaraq 16,2% və 8,3% çoxdur.

"Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, Azərbaycanın dəmir yolu nəqliyyatında 2016-cı ildə əvvəlki ilə nisbətən sərnişin daşınması 1,8% artıb, daşınan yüklərin həcmi isə 10,6% azalıb.

Yük dövriyyəsi 18,0%, sərnişin dövriyyəsi isə 9,7% azalmaqla, müvafiq olaraq 5 092,6 mln. ton/km və 446,7 mln. sərnişin/km təşkil edib.

Həmin müddət ərzində ümumi yük daşımalarının 73,2%-i, yük dövriyyəsinin 80,7%-i beynəlxalq yük daşımalarının payına düşüb. Ötən il ölkə ərazisi ilə daşınan tranzit yüklərin həcmi  3,8 mln. ton olmaqla, ümumi yük daşımalarının 24,8%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi