​"Azərbaycan Dəmir Yolları" ilə "Moraviya Steel" şirkəti arasında əlavə saziş imzalanıb

​"Azərbaycan Dəmir Yolları" ilə "Moraviya Steel" şirkəti arasında əlavə saziş imzalanıb Bakıda Çexiyanın "Moraviya Steel" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
İnfrastruktur
14 Aprel , 2015 14:12
​Azərbaycan Dəmir Yolları ilə Moraviya Steel şirkəti arasında əlavə saziş imzalanıb

Bakı. 14 aprel. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-də Çexiyanın "Moraviya Steel" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un məlumatına görə, "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov görüşdə Azərbaycan dəmir yolları sahəsində reallaşdırılan layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, "Azərbaycanda dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC və podratçılar, Çexiyanın "Moravia Steel" şirkətləri arasında Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, Bakı-Böyük Kəsik sahəsində bütün tikinti işləri başa çatandan sonra qatarların orta sürəti 140 km/saata çatdırılacaq. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi