"Azərbaycan Dəmir Yolları” hərrac keçirir

"Azərbaycan Dəmir Yolları” hərrac keçirir Şirkət hərraca rels və qara metal qırıntılarını çıxarıb
İnfrastruktur
6 Yanvar , 2016 12:10
Azərbaycan Dəmir Yolları” hərrac keçirir

Bakı. 6 yanvar. REPORT.AZ/“Azərbaycan Dəmir Yolları” (ADY) QSC material qiymətlərinin satılması üzrə açıq hərrac elan edib.

ADY-dən "Report"a daxil olan məlumata görə, hərrac ayrı-ayrı lotlar üzrə keçirilir. Hərracda müvafiq sənədləri təqdim etmiş hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər. 

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan material qiymətləri ilə tanış olmaq, behin ödənilməsi üçün müvafiq hesab və digər əlavə məlumatı almaq üçün Baş Hərrac Komissiyasına (əlaqə telefon nömrəsi (+994 12) 499 65 16/499 42 62) müraciət edə bilərlər.

Sənədlər Hərrac Komissiyasında yanvarın 27-dək qəbul olunacaq, hərrac isə yanvarın 28-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı şəhəri Dilarə Əliyeva küçəsi,230 ünvanında yerləşən əsas binasında keçiriləcək.

Açıq hərrac vasitəsilə satılması nəzərdə tutulan material qiymətləri:

Sıra sayı Materialın adı Ölçü vahidi Materialın növü Miqdarı/həcmi Yerləşdiyi ünvan Start qiyməti 
(ƏDV daxil)
Alınma
müddəti  
Beh         
Lot-1 Rels ton 1A 30 000 “ADY” QSC-nin
müəssisələri
6 mln. manat 3 ay 10%
Lot-2 Hərəkət tərkibinin
təkərləri və oxları
ton 1A 30 000 “ADY” QSC-nin
müəssisələri
6 mln. manat 3 ay 10%
Lot-3 Qara metal qırıntıları  ton 3A 30 000 “ADY” QSC-nin
müəssisələri
4,5 mln. manat   3 ay 10%

Son xəbərlər

Orphus sistemi