Azərbaycan Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Baş Direktorlar Konfransının iclasında iştirak edib

Azərbaycan Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Baş Direktorlar Konfransının iclasında iştirak edib Tədbirin sonunda müvafiq sənədlər imzalanıb
İnfrastruktur
21 Aprel , 2017 17:08
Azərbaycan Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Baş Direktorlar Konfransının iclasında iştirak edib

Bakı. 21 aprel. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) Baş Direktorlar Konfransının XXXII iclası keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a daxil olan məlumata görə, görüşdə DYƏT-in “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, "Qazaxıstan Dəmir Yolu” SC-nin vitse-prezidenti Arman Sultanov və DYƏT üzvü olan digər ölkələrin dəmir yolu rəhbərləri iştirak ediblər.

Tədbirdə DYƏT-in 2016-cı il üzrə Yük daşımaları, Sərnişin daşımaları, İnfrastruktur və hərəkət heyəti, Kodlaşma və informatika, Maliyyə və hesablama məsələləri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borc ödənilməsi, dəmir yolu daşımaları sahəsində peşəkar təlim/hazırlıq üzrə müvəqqəti işçi qrupunun fəaliyyəti, Koreya Respublikasının DYƏT-ə üzvlüyü, DYƏT-in 2016-ci il üçün fəaliyyət hesabatı, DYƏT-in 2018-ci il və sonrakı illər üçün Fəaliyyət Proqramı, DYƏT-in birləşdirilmiş müəssisəsi statusunun verilməsi, eləcə də DYƏT Baş Direktorlar Konfransının XXXIII iclasının ilkin gündəliyi, tarixi və keçirilmə yeri haqqında məsələlər müzakirə olunub.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Xatırladaq ki, DYƏT 28 iyun 1956-cı ildə Bolqarıstanın Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Təşkilatın mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir. "Azərbaycan Dəmir Yolları" QSC 1993-cü ilin iyul ayından DYƏT-in üzvüdür. 

Son xəbərlər

Orphus sistemi