"
"Report" bu barədə quruma istinadən xəbər verir.
Eyni zamanda həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün 28.05.2019 - cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.
Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.
Bakıdan 29.05.2019-cu il tarixdə bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.
Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.