Yuxarı

Azərbaycan bu il "İpək yolu" dəhlizindən 319 mln. manat qazanıb

TRACECA-nın Azərbaycan seqmentində sərnişindaşıma 8% artıb

Bakı. 13 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyun aylarında “İpək yolu” (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 26,3 mln. ton yük, 161,1 mln. nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% çox sərnişin daşınıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. 

Dəhlizdə daşınmış yüklərin 56,3%-i avtomobil, 30,7%-i dəmir yolu, 13,0%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,7% artım qeydə alınıb. Daşınan yüklərin 19,4%-i və ya 5,1 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 259,5 mln. manat, sərnişin daşınmasından isə 59,9 mln. manat gəlir əldə olunub və bu göstəricilər müvafiq olaraq 7,0% və 14,4% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi