​Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

​Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb İki ölkə arasında turizm sahəsində əməkdaşlıq genişləndiriləcək
İnfrastruktur
4 Mart , 2015 18:25
​Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Sofiyada Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb.

“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski imzalayıblar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol”u Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov və Bolqarıstanın turizm nazirinin müavini xanım İrena Georgiyeva imzalayıblar.

Son xəbərlər

Orphus sistemi