Yuxarı

Azərbaycan "Boeing" korporasiyasından yük təyyarələri alır

Azərbaycanın Silk Way West aviaşirkəti dəyəri 1,1 mlrd. dollar olan üç Boeing 747-8 Freighter yük təyyarəsi almaq niyyətindədir

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın "Boeing" korporasiyası və Azərbaycanın "Silk Way West" aviaşirkəti üç "Boeing 747-8 Freighter" yük təyyarəsinın alınmasına dair müqavilənin razılaşdırılması başa çatmaq üzrədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şərtlər razılaşdırıldığı təqdirdə müqavilənin qiyməti 1,1 mlrd ABŞ dolları təşkil edəcək. 

Qeyd edək ki, hazırda "Silk Way Group" şirkəti 7 "Boeing" yük təyyarəsindən istifadə edir, onlardan 2 ədəd - "Boeing 767-300" təyyarəsi, 3 ədəd - "Boeing 747-400" və 2 ədəd "Boeing 747-8" təyyarəsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi