"Azəravtoyol": Avtomobil yolları nəzarətdədir, bütün maşın-mexanizmlər səfərbər olunub - VİDEO

"Azəravtoyol": Avtomobil yolları nəzarətdədir, bütün maşın-mexanizmlər səfərbər olunub - VİDEO Şirkət qarlı hava şəraitinə hazırlıqsız sürücülərin yollara çıxmamasını məsləhət görür
İnfrastruktur
1 Fevral , 2017 13:36
Azəravtoyol: Avtomobil yolları nəzarətdədir, bütün maşın-mexanizmlər səfərbər olunub - VİDEO

Bakı. 1 fevral. REPORT.AZ/ Qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azəravtoyol” ASC Bakı şəhərində balansında olan küçə və prospektlər, o cümlədən ölkənin avtomobil yollarında qarın təmizlənməsinə, buzlaşmanın qarşısını almaq üçün gecə boyu qabaqlayıcı tədbirlər görür. ASC-nin Mətbuat Katibliyindən "Report"a bildirilib ki, qabaqlayıcı tədbirlər hazırda da davam etdirilir.

Qar təmizləyən və qum səpən texnika avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilir, qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edilir, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə işlər aparılır.

“Azəravtoyol”un balansında olan ərazilərdə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur, hazırda da yollarda vəziyyət normaldır.

"Lakin yenə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq, nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilən və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yaranır. Həmçinin, bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacların yaranmasına gətirib çıxarırlar. Bununla onlar həm də qar təmizləyən texnikanın hərəkətinə də maneəçilik törədirlər". 

“Azəravtoyol” qarlı hava şəraitinə hazırlıqsız sürücülərin yollara çıxmamasını məsləhət görür.

Son xəbərlər

Orphus sistemi