Yuxarı

AZAL tenderin müddətini uzatmalı olub

AZAL tenderin müddətini uzatmalı olub
Müsabiqə üçün yeni vaxt təyin edilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC ötən ay elan etdiyi tenderin müddətini uzadıb.

"Report" dövrü mətbuata istinadən məlumat verir ki, cəmiyyətin "Epson" markalı qurğuların sərfiyyat materialları ilə təmin edilməsi və davamlı texniki servis xidmətlərinin alınması məqsədi ilə dərc edilmiş açıq tender elanında təkliflərin qəbulu vaxtı uzadılaraq, tender təklifi və bank təminatının təqdimatı 26 oktyabr saat 18:00-dək uzadılıb, zərflərin açılışı 27 oktyabr saat 11:00-a təyin edilib.

Zəruri sənədlər Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev aeroportu (əlaqələndirici şəxs Fuad Əliyev: (012) 497 26 00) ünvanına təqdim edilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi