Yuxarı

AZAL-ın təyyarələri jurnalistlərə təqdim olunub - FOTO

4 istiqamətə təşkil olunan endirim kampaniyası bir istiqamətə deyil, hər iki istiqamətə şamil olunacaq

Bakı. 22 iyul. REPORT.AZ/Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarələri bu gün jurnalistlərə təqdim olunub. “Report”un xəbərinə görə, jurnalistlərə məlumat verilib ki, “Airbus 340” modelli layner Pekindən gətirilib və birbaşa uçuşlar üçün nəzərdə tutlub. AZAL-ın bu təyyarəsi Avropa ölkələri və Nyu-Yorka nəzərdə tutulan birbaşa reysləri həyata keçirəcək. 

Məlumatda həmçinin bildirilib ki, aviaşirkətin elan etdiyi “aşağı qiymətlər” (low cost) tətbiq olunan təyyarələr “Embraer” modelli laynerlər olacaq. Aviaşirkətdən “Report”a bildiriblər ki, AZAL-ın əsasən 4 istiqamətə təşkil olunan endirim kampaniyası bir istiqamətə deyil, hər iki istiqamətə, yəni həm gediş, həm də dönüşlərə şamil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi